Qadın voleybolçulardan ibarət "Gəncə" komandası növbəti transferini reallaşdırıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə voleybol məktəbinin yetirməsi olan Mətanət Lətifova heyətə cəlb olunub.

Onunla 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, bu, “Gəncə”nin mövsümlərarası fasilədə 5-ci transferidir. Bundan öncə Marianna Abuyeva, Qabriela  Oliveyra, İzabell Morqan və Alisa Kim transfer  edilib.