Yerli mediada olan məlumata görə, "Şamaxı"nın yeni baş məşqçisi Cavid Hüseynov olacaq.

Əyalət təmsilçisinin hazırkı çalışdırıcısı Rüstəm Əliyevin isə taleyinin necə olacağı maraqla gözlənilir. Çünki komandanın keçmiş rəhbərliyi mütəxəssislə 1 illik yeni müqavilə bağlamışdı.

Məsələ ilə bağlı Rüstəm bəyin özü ilə əlaqə saxladıq.

Əliyev Offsideplus.az-a açıqlamasında bunları dedi: "Vallah, mən də bu xəbəri mətbuatdan oxumuşam. Gözləyirəm. Bu haqda mənə heç bir şey deməyiblər. Hələ ki, komandada qeyri-müəyyənlikdir".

Cavid Əliyev