Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Avropa Qızıl Liqasının ilk turunda növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, Bakıda təşkil olunan turun son matçında yığmamız Sloveniyaya 0:3 hesabı ilə məğlub olub.
Faiq Qarayevin yetirmələri dünən Macarıstana da eyni hesabla uduzmuşdular.
Milli komandamız Avropa Qızıl Liqasında növbəti turun oyunlarını 6-8 iyun aralığında Slovakiyada keçirəcək. Rəqiblər ev sahibi ilə yanaşı Monteneqro yığması olacaq.
Avropa Qızıl Liqası (qadınlar)
1 iyun
I tur (Azərbaycan)
Azərbaycan - Sloveniya 0:3 (16:25, 19:25, 23:25)