"Sabah" klubunun idman direktoru İqor Ponomaryov Azərbaycan Basketbol Liqasının final seriyasının 4-cü oyununda iştirak edib.
Offsideplus.az xəbər verir ki, klub rəsmisi "Xəzri" - "Sabah" oyununu izləyənlər arasında olub.
Qeyd edək ki, hazırda davam edən oyunda "Xəzri" 59:53 hesabı ilə qalib gəlir. Oyun "Xəzri"nin üstünlüyü ilə başa çatarsa, qalib sonuncu 5-ci oyunda müəyyənləşəcək. "Sabah"ın geri dönüşü halında isə "bayquşlar" çempion olacaq.