Bakıda keçirilməli olan daha bir turnir təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı koronavirus səbəbindən vaxtında keçirilməyəcək.
Bunu Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.
Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb.