İngiltərə yığmasının sabiq ulduzu Ueyn Runi Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində işə başlayıb.

Offsideplus.az xəbər verir ki, məşqçilik karyerasında hələlik uğur qazana bilməyən keçmiş hücumçu bu dəfə uşaqlarla çalışmaq qərarına gəlib.

Belə ki, Runi qışın axırlarına qədər "Football Escapes" proqramı çərçivəsində Dubayda yerləşən "Jumeirah Beach Hotel"də məşqlər keçəcək. Bu məşqlərdə iştirak etmək kifayət qədər bahalıdır. Beşgünlük proqramın dəyəri 7500-8650 funt sterlinq aralığında dəyişir.

Proqrama əsasən, uşaqlar Runidən savayı, Maykl Ouen və Mark Nobl kimi sabiq ulduz futbolçularla da məşq etmək imkanı qazanacaqlar.

Xatırladaq ki, Ueyn Runi 2024-cü il dekabrın 31-də Çempionşipin autsayderi "Plimut"un baş məşqçisi vəzifəsindən kənarlaşdırılıb.