Avropa çempionu İspaniya ilə Amerika Kubokunun qalibi Argentina "Finalissima"da qarşılaşacaqlar.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın növbəti ilin yayında baş tutacağı gözlənilir.
Qeyd edək ki, "Finalissima" UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında imzalanan Anlaşma Memorandumu əsasında keçirilir. Razılıq 2028-ci ilə qədər qüvvədə olacaq.
Xatırladaq ki, İspaniyə qitə turnirinin finalında İngiltərəni 2:1, Argentina isə Amerika Kubokunun həlledici matçında eyni hesabla Kolumbiyanı məğlub edib.
İlk "Finalissima"nın qalibi də İtaliyanı məğlub edən Argentina olub.