Cənubi Koreya çempionatında 37-ci turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Jeju Yunayted”laə qarşılaşıb və inamlı qələbəyə sevinib – 2:0.
Anton da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“Daejeon” hazırda 50 xalla 8-ci pillədə qərarlaşıb.