Karyerasını başa vuran Məsut Özil Türkiyə yığma komandasının baş meneceri vəzifəsinə gətirilə bilər.
Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Stefan Kuntsu və menecer Hamit Altıntopu istefaya göndərdiməsindən sonra bu postlara yeni təyinatlar gündəmdədir.
Qeyd edək ki, Türkiyə millisinin baş məşqçi postuna namizədlər arasında olan Vinçenzo Montella təklifə cavab verib. İddiaya görə, Vinçenzo Montella Türkiyə Futbol Federasiyasından düşünmək üçün vaxt istəyib.