"Barselona" klubunun hücumçusu Robert Levandovski ölkəsi Polşada 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.

Offsideplus.az xəbər verir ki, yığmanın kapitanı karyerasında 11-ci dəfə bu mükafatı alıb.

Ötən il hücumçu "Bavariya" ilə birlikdə Bundesliqanın qalibi olub. O, milli komanda ilə Qətərdə keçirilən dünya çempionatında da iştirak edib.