"Qalatasaray" klubu Zaqreb "Dinamo"sunun futbolçusu Martin Baturina ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" yayda komandadan ayrılacağı gözlənilən Dris Mertens boşluğunu xorvatiyalı pleymeyker ilə doldurmaq istəyir.
Bu barədə "Africa Foot United" portalı məlumat yayıb.
22 yaşlı futbolçu cari mövsüm 39 oyunda 6 qol vurub və 10 məhsuldar ötürmə edib.
Onu Avropanın nəhəng klubları da yaxından izləyir.
Transfermarkt portalına görə xorvatiyalının bazar dəyəri 22 milyon avrodur.