"Bu mövsümün gedişatı ilə bağlı hisslərimi heç bir söz ifadə edə bilməz. Heç bir bəhanə yoxdur".
Offsideplus.az xəbər verir ki, İngiltərə Premyer Liqasından Çempionşipə yuvarlanan "Lester"in forvardı Ceymi Vardi deyib. Kapitan bu mövsümün utancverici olduğunu düşünür:
"Bu klubda uzun müddətdir ki, biz o qədər yüksək nailiyyətlər və müvəffəqiyyətlər yaşamışıq. Ancaq bu mövsüm bədbəxtlikdən başqa bir şey olmadı və şəxsən mənim üçün tamamilə utancverici idi. Bu, ağrıdır və sizin də bunu hiss etdiyinizi bilirəm".
O, sonda azarkeşlərdən üzr istəyib:
"Azarkeşlərdən üzr istəyirəm. Üzr istəyirik ki, biz yaxşı çıxış edə bilmədik".



