"Latsio" klubu icarə əsasında heyətində olan Nunu Tavareş barədə qərar verib.

Offsideplus.az xəbər verir ki, "qartallar" 25 yaşlı sol cinah müdafiəçisini "Arsenal"dan birdəfəlik transfer edəcək. Paytaxt klubu bu keçid 5 milyon avro ödəyəcək.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Tavareş cari mövsüm 28 oyunda meydanda olub və 9 məhsuldar ötürmə edib.