Mart ayında narkotik maddə qəbul etdiyi üzə çıxan Maqaye Geye, avtomatik olaraq "Dinamo"nun bütün turnirlərdəki oyunlarından uzaqlaşdırılmışdı.

Offsideplus.az xəbər verir ki, Seneqal əsilli fransalı hücumçu narkotik qəbul etdiyi etiraf edib. Rumıniya Milli Antidopinq Agentliyi 31 yaşlı hücumçunu 3 ay müddətinə yaşıl meydanlardan uzaqlaşdırıb.

Qeyd edək ki, 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edən Maqaye Qeye ötən ilin oktyabrında "Dinamo"ya keçib.