Fransa yığmasının və "Mançester Yunayted" klubunun sabiq futbolçusu Erik Kantona Avropa Super Liqası ilə bağlı fikirlərini bölüşüb.

 Offsideplus.az xəbər verir ki, 54 yaşlı Kantona bu addımın azarkeşlərə qarşı hörmətsizlik olduğunu bildirib.

O, bu qərarı verməzdən əvvəl klubların məhz tərəfdarları ilə məsləhətləşməli olduqlarını deyib:

"Futbolda ən önəmli şey azarkeşlərdir. Onlara hörmət edilməlidir. Böyük klublar bu qərarı verəndə azarkeşlərlə məsləhətləşdilərmi? Təəssüf ki, yox. Bu utancvericidir".

Qeyd edək ki, keçmiş hücumçu 1992/1997-ci illər aralığında "qırmızı şeytanlar"ın şərəfini qoruyub.