Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, qurum rəsmisi gənc qadın futbolçulara qarşı zorakılıqda ittiham olunub.
FİFA Etika Komitəsinin 84-cü və 85-ci maddələrinə əsasən, 72 yaşlı funksioneri 90 gün futboldan uzaqlaşdırılıb.
Qeyd edək ki, ölkədəki təlim-məşq mərkəzində zorakılığa məruz qalan gənc qızlardan biri son beş ildə federasiya rəhbərinin xanım futbolçuları cinsi istismar etmək istədiyini, bununla razılaşmayanların milli komandadan qovulduğunu açıqlamışdı.