"Barselona"nın futbolçusu Lamin Yamalın "İnter"lə ilk matçda vurduğu qol Çempionlar Liqasında mövsümün ən yaxşısı seçilib.

Offsideplus.az xəbər verir ki, bu qərar UEFA-nın Texniki Müşahidə qrupu tərəfindən verilib.

2-ci yeri "İnter"in hücumçusu Lautaro Martines "Bavariya"ya vurduğu qol, 3-cü yeri isə Deklan Raysın "Real Madrid"ə vurduğu cərimə zərbəsi qol tutub.

Yamalın daha bir qolu - "Benfika" ilə matçda vurduğu isə 9-cu yeri tutub.

Gənc futbolçuya birinciliyi gətirən möhtəşəm qolu buradan izləyə bilərsiniz: