UEFA Çempionlar Liqasında mövsümün ən yaxşılarından ibarət rəmzi komandası açıqlanıb.

Offsideplus.az xəbər verir ki, yayımlanan rəmzi onbirdə xüsusilə Fransa təmsilçisi "Paris Sen-Jermen" və İngiltərənin "Arsenal" klublarının üstünlüyü diqqət çəkir.

Mövsümün ən yaxşı heyəti meydanda 4-4-2 taktikası ilə düzülüb:

Çempionlar Liqasında mövsümün ən yaxşı qapıçısı "Arsenal"ın qapıçısı Raya seçilib. Müdafiə xəttində isə sol cinahda Nuno Mendes (PSJ), mərkəzdə Qabriel ("Arsenal") və Markinyos (PSJ), sağ cinahda isə Lyorente ("Atletiko Madrid") yer alıb.

Yarımmüdafiənin solunda Xviça Kvaratsxeliya (PSJ), mərkəzində Vitinya (PSJ) və Deklan Rays (Arsenal), sağında isə Maykl Olise ("Bayern Münhen") qərarlaşıb. Hücum tandemini isə dünyanın ən təhlükəli forvardlarından olan Harri Keyn ("Bayern Münhen") və Usman Dembele (PSJ) ikilisi formalaşdırıb.