Azərbaycan çempionu "Sabah"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki bütün potensial rəqiblərini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar"ın sonuncu potensial rəqibi Uelsin "Nyu Seynts" klubu olub.
Beləliklə, püşkatma zamanı səpələnməmişlər səbətində yer alacaq "Sabah"ın bütün 14 potensial rəqibi bəllidir: "Şemrok Rovers" (İrlandiya), "KuPS" (Finlandiya), "Drita" (Kosovo), "Linkoln" (Cəbəllütariq), "Borats" (Bosniya və Herseqovina), "Vikinqur" (İslandiya), "Kayrat" (Qazaxıstan), "Universitatya" (Rumıniya), "Larn" (Şimali İrlandiya), "Riqa" (Latviya), "KI Klaksvik" (Farer adaları), "Flora" (Estoniya), "Petrokub" (Moldova) və "Nyu Seynts" (Uels).
Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu mərhələnin ilk oyunları iyulun 7-8-də, cavab matçları isə iyulun 14-15-də keçiriləcək.


