"Borussiya" klubu yeni müqaviləyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Dortmund təmsilçisi kapitan Marko Roysla müqaviləni yeniləmək istəyir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Tərəflər arasında danışıqlar davam edir, Roys da "Borussiya"da qalmaq istəyir. 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniya klubunda davam etdirmək üçün maaşının azaldılmasına razılıq verib.
Qeyd edək ki, Marko Roysun "arılar"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.