"Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Yulian Brandt klubu ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, yeni müqavilə 30 iyun 2026-cı il tarixinədək nəzərdə tutulub.

O, 2019-cu ildən "Borussiya"da çıxış edir. Alman futbolçu bu mövsüm Dortmund klubunda bütün turnirlərdə 34 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.