Ötən gecə UEFA Çempionlar Liqasının 1/8 finalında İngiltərənin “Çelsi” klubuna uduzaraq mübarizəni dayandıran Dortmund "Borussiya"sı ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Yulian Brandt bu matçın əvvəlindəcə zədələnərək 5-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb.

26 yaşlı alman futbolçunun zədəsinin nə dərəcədə ciddi olduğu ətraflı müayinələrdən sonra müəyyənləşəcək.

 “Borussiya” “Çelsi”yə doğma meydanda 1:0 hesabıyla qalib gəlsə də, səfərdə 0:2 hesabıyla uduzaraq mübarizəni dayandırıb.