Dortmund "Borussiya"sı əsas hücumçusu Erlinq Haaland komandadan ayrılacağı təqdirdə ona əvəzləyici tapıb.

Offsideplus.az xəbər verir ki, Bundesliqa təmsilçisi norveçli ulduzun komandadan ayrılacağı halda, onu "Salzburq"un 19 yaşlı hücumçusu Kərim Adeyemi ilə əvəz edəcək.

Qeyd edək ki, Adeyemi bu mövsüm "Salzburq" forması ilə çıxdığı 16 maçta 11 qol, 2 məhsuldar ötürmə edib.