Almaniya 2-ci Bundesliqasında 23-cü turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Osnabürk”lə qarşılaşıb. Görüş qolsuz bərabərliklə başa çatıb.

Start heyətdə meydana çıxan Nazarov 90 dəqiqə oynayıb.

Qeyd edək ki, 31 xalı olan Aue təmsilçisi  8-ci pillədədir.