"Bavariya"nın baş məşqçi postuna ilk namizədin adı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, alman klubunu "Yuventus"dan ayrıldıqdan sonra işsiz olan Massimiliano Alleqri çalışdıra bilər.

"Ayntraxt"la oyunda darmadağın olan (1:5) Almaniya çempionu Niko Kovaçla yolları ayırıb. Rəhbərlik artıq italiyalı mütəxəssislə danışıqlara start verib.

Xatırladaq ki, "Bavariya" hazırda Bundesliqada 4-cü pillədə qərarlaşır.