Almaniya 2-ci Bundesliqasında 5-ci turun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" səfərdə “Hosteyn Kiel”lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Start heyətdə meydana çıxan Nazarov 54-cü dəqiqədə penaltidən yararlana bilməyib. O, 76-cı dəqiqədə əvəzlənib.