Almaniya 2-ci Bundesliqasında 2-ci turun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge” öz meydanında “Vehen”llə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb.

Mövsümün ilk turunda qol vuran Nazarov bu dəfə də rəqib qapısına yol tapıb. O, matçın 35-ci dəqiqəsində fərqlənib. Start heyətində meydana çıxan yarımmüdafiəçi 66-cı dəqiqədə əvəzlənib.