Almaniyanın ikinci bundesliqasında 31-ci turun görüşləri davam edir.
Offsideplus.az xəbər verir ki, yığma komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" klubu bu tur doğma meydanda "Bohum"u qəbul edib və 3:2 hesablı qələbə qazanıb. Aue təmsilçisinə qalibiyyəti gətirən qolu isə məhz Nazarov vurub. Oyuna ehtiyatda başlayan və 75-ci dəqiqədə meydana daxil olan yarımmüdafiəçi 90+4-cü dəqiqədə penaltidən fərqlənməklə, komandasına vacib 3 xal qazandırıb.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran "Erzgebirge" autsayderlər qrupundan uzaqlaşaraq, 13-cü pilləyə yüksəlib. "Bohum" isə 39 xalla 10-cu pillədə qərarlaşıb.