Almaniya 2-ci Bundesliqasında 30-cu turun oyunlarına start verilib. 

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge" "Hamburq"un qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

 Nazarov görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Erzgebirge"  32 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.