Almaniya ikinci bundesliqasında 18-ci tura yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, yığmamızın hücumçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” turu böyükhesablı qələbə ilə başa vurub. Aue təmsilçisi doğma meydanda "Union Berlin"in qapısından 5 cavabsız top keçirib. Nazarovun ehtiyatda qaldığı matçda hər 3 qolu Paskal Testroet vurub.

Qeyd edək ki, “Erzgebirge” hazırda 22 xalla 11-ci pillədədir.