FIBA Avropa Kubokunda "Abşeron Lions" "Neftçi"yə 86:95 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, Abşeron təmsilçisinin baş məşqçisi Erhan Toker matçı şərh edib: 

"Biz hər oyunda qalib gəlmək üçün oynayırıq. Liqa, avrokubok fərq etmir. Bəzi oyunlarda məğlub oluruq, bəzilərində qalib gəlirik. Basketbolu sevən bir komandamız var. Bu gün uzun müddətdən sonra komanda kimi oynadıq. Bizim üçün digət oyunlardan fərqi yoxdur. Bizim üçün çətin idi, "Gəncə" səfərindən qayıtmışdıq. Tamamilə futbolçuların oynamaq istəməsindən qaynaqlanan bir oyun oldu. Onları basketbol sevgisi ilə görmək xoşuma gəldi. Təbrik edirəm". 

Türkiyəli mütəxəssis son oyunda yaşananların bugünkü matçın motivasiyasına təsiri edib-etmədiyi barədə bu sözləri dedi:

"Biz daha sonra "Neftçi" ilə olan oyun barədə nəsə danışmamışıq. Danışacaq bir şeyimiz də, halımız da yox idi. Əvvəlcə düşündük ki, bəlkə Avropada özümüzü bir az məcbur etsək, nəsə edə bilərik. Buna görə də “Kalev”ə qarşı oyunu qazandıq. Amma ard-arda yollar bizi bir az yordu. Şəkidən çıxıb çətinliklə təyyarəyə yetişdik və hava limanından Polşaya getdik. Açığı, heç bir şey etmədik, yəni xüsusi olaraq “bunu edək, bunu planlaşdıraq” kimi danışmadıq. Dediyim kimi, bu gün uşaqların istəyilə qalib gəldik. Son üç-dörd gün ərzində “o oyunda belə olmuşdu, belə etmişdik” kimi heç bir şey danışmadıq, doğrudan da. Sadəcə meydanda yaxşı basketbol oynamağa çalışdıq. Çünki biz həm Abşeronu, həm də Azərbaycanı təmsil edirik. Yəni çıxıb yaxşı oynamalı idik, yoxsa çoxlu söz-söhbət ola bilərdi. Amma bunların heç birini biz öz aramızda danışmamışıq, indi yalnız sizinlə danışıram. Hər oyuna necə çıxırıqsa, elə də çıxdıq, inanın".