"Abşeron Lions" yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edir.
Offsideplus.az xəbər verir ki, bu dəfə De Sean Eykseni heyətə cəlb olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, İngiltərənin "Newcastle Eagles" klubunun da formasını geyinib.
"Abşeron Lions" daha əvvəl litvalı Orelik Gediminas, ABŞ-dən olan Arinze Çidom, Ceyms Freyzer, Aubri Makalpayn, Ceylan Şou və De Ondre Caksonu heyətinə qatıb.



