Azərbaycan Basketbol Federasiyası (ABF) U-14 və aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru Milan Kotaraç ilə əməkdaşlığa xitam verib.

Offsideplus.az xəbər verir ki, mütəxəssislə müqavilə müddəti başa çatıb və tərəflər yolları ayırmaq qərarına gəliblər.

İki il ərzində bu vəzifədə çalışan serbiyalı koordinator ölkədə aşağı yaş qrupları üzrə perspektivli basketbolçuların aşkarlanması, seçilməsi və inkişafı istiqamətində fəaliyyət göstərib.

Kotaraç gənc oyunçuların potensialının üzə çıxarılmasına, texniki bacarıqlarının təkmilləşdirilməsinə və milli komanda səviyyəsinə hazırlanmasına töhfə verib.