Təcrübəli amerikalı müdafiəçi Patrik Beverli karyerasını Fransada davam etdirə bilər. Fransanın "Boulazac" klubu 38 yaşlı oyunçu ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, Beverli ötən mövsüm Yunanıstanın PAOK komandasında çıxış edib. O, Yunanıstan çempionatında 8 oyunda orta hesabla 7,8 xal, 5,0 ribaund və 3,3 assist göstərib. FIBA Avropa Kubokunda isə 9 qarşılaşmada 9,3 xal, 4,0 ribaund və 3,3 assistlə yadda qalıb və PAOK-un finala yüksəlməsində pay sahibi olub.

Beverli NBA-də 666 oyun keçirib və "Hyuston Rokets", "Los Anceles Klippers", "Minnesota Timbervulvs", "Los Anceles Leykers", "Çikaqo Bulls", "Filadelfiya 76ers" və "Miluoki Baks" kimi klubların formasını geyinib. Əgər tərəflər razılığa gəlsələr, Beverli ötən mövsüm "Boulazac"da çıxış etmiş Toni Snellin yolunu davam etdirəcək.