FIBA U-18 qadınlararası Avropa çempionatının B divizionunda 17-20-ci yerlər uğrunda təsnifat mərhələsinin oyununda Azərbaycan millisi Estoniya yığması ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, görüş bizim qızların qələbəsi ilə başa çatıb - 74:71.

Milli komandamızın heyətində ən məhsuldar basketbolçular:

  • Polina Şçukina: 19 xal, 16 ribaund, 3 blok-şot

  • Deniz Gökçöl: 19 xal, 5 ribaund, 2 topalma

  • Angelina İsmayılova: 15 xal, 3 məhsuldar ötürmə, 2 topalma

  • Leyla Allahverdiyeva: 12 xal, 14 ribaund, 7 məhsuldar ötürmə

Yığmamız növbəti matçını avqustun 9-u saat 12:00-da Norveç seçməsinə qarşı keçirəcək.