Dillon Denisin sözlərinə görə, o, RAF 10 turnirində Xamzat Çimayevi boğma fəndi ilə tabe edib. Denisin iddiasına əsasən, döyüşün sonunda Çimayev huşunu itirib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra qəfəsdə kütləvi dava baş verib. Hadisə zamanı Çimayev Konor Makqreqorun dostunu təpiklə vurub və bundan sonra insident böyüyüb.