Basketbolun əfsanələrindən Ayzeya Tomas "Boston Seltiks"in ulduz forvardı Ceylen Braunun "Filadelfiya Seventi Siksers"ə transferi ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Tomas bu vəziyyətin daha yaxşı idarə oluna biləcəyini bildirib:
"Biz hələ heç vaxt görməmişdik ki, "Seltiks" öz ən yaxşı oyunçularından birinə belə yanaşsın. Onlar həmişə nümunəvi klub olub. Bred Stivensi tanıyanlar yaxşı bilir ki, o, belə hadisələrə qarışan insan deyil. Amma indi həm o, həm də "Seltiks"belə bir vəziyyətə düşüb. Məncə, Ceylen Braun sadəcə günahsız müşahidəçi idi və hər kəs ona qarşı hücuma keçdi" – deyə Tomas vurğulayıb.


