"Arsenal" "Nyukasl"ın futbolçusu Bruno Gimarayeşi heyətinə qatdığını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu məlumatı London təmsilçisinin mətbuat xidməti yayıb.

Son İngiltərə Premyer Liqa çempionu rəsmi açıqlamasında 28 yaşlı Gimarayeşin bu şənbə günü kluba qoşulduğunu təsdiqləyib.

Qeyd edək ki, o, ötən mövsüm "Nyukasl"ın heyətində 41 matça çıxıb, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.