İtaliya A Seriyasının son çempionu "İnter" Avstraliyanın Pert şəhərində keçirilən mövsümöncəsi yoldaşlıq oyununda "Yuventus"u 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az qarşılaşmanın əsas məqamlarını nəzərinizə çatdırır:
-
20-ci dəqiqədə Federiko Dimarko "İnter"i önə keçirib. Mövsümöncəsi hazırlıqlarda əla formada olan futbolçu 3 gün əvvəl "Milan"la oyunda (1:1) da qol vurmuşdu.
-
İkinci hissədə 23 yaşlı Andi Diuf fərqi iki topa çatdırıb.
-
"Yuventus"un təsəlli qolunu 85-ci dəqiqədə Fransişku Konseysao vurub.


