İen Gerri evində UFC çempionluq kəməri üçün xüsusi çərçivə hazırlatdığını bildirib.
Offsideplus.az xəbər verir ki, o, qeyd edib ki, İslam Maxaçevə böyük hörmət bəsləsə də, öz potensialına güvənir və oktaqona çıxanda onu məğlub edə biləcəyinə inanır.
O, sözlərinə bunları da əlavə edib: "Evimin bir küncündə üzərində UFC çempionu. Tezliklə" yazılmış boş çərçivə var".
İslam Maxaçev və İen Gerri arasında döyüş 16 avqustda UFC 330 turnirində, Filadelfiyada baş tutacaq.
Maxaçev isə rəqibi barədə danışarkən bildirib ki, Gerri müsahibələrdə yaxşı təsir bağışlamır və kimsə ona evdə nə deməli olduğunu öyrədir.


