Fil Dişi Sahili millisinin müdafiəçisi Usman Diomande "Sportinq"dən "Nottingem Forest"ə transfer olunur.

Offsideplus.az xəbər verir ki, tərəflər arasında razılaşma yekunlaşmaq üzrədir və transferin dəyəri 40 milyon avro təşkil edir.

22 yaşlı futbolçu bu axşam İngiltərəyə yollanacaq və tibbi müayinədən keçəcək.

Diomande "Nottingem Forest"lə 5 illik müqavilə imzalayacaq.