Mingəçevirdə, Kür çayının sahilində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə 5-ci dəfə "Kürü keçək?!" yarışı baş tutub.
Offsideplus.az xəbər verir ki, su idman növlərinin və sağlam həyat tərzinin təbliğinə xidmət edən turnirdə 12-dən 75 yaşadək üzgüçülər mübarizə aparıblar. Bu il ilk dəfə iki məsafə (350 m və 1000 m) üzrə təşkil olunan yarışda iştirakçılar 6 yaş kateqoriyasında yarışıblar.
Məsafələr üzrə öz kateqoriyalarında 1-ci yeri tutanlar:
-
350 metr: Aleksandra Slepenko, Yusif Sofiyev, Gülarə Nəzərova, Matsvey Danilau, Tubu Abdulzade, Hüseyn İsnayıllı, Yelena Dubentsova, Roman Vladıka, Natalya Baykova, Pyotr Kuvshinov, Vaqif Nəsibov.
-
1000 metr: Məryam Cavadova, Fərhad Şirməmmədli, Alisa Belaya, Səid Həmidov, Fatimə Alkərəmova, Zaur Arkaniya, Natalya Mordasova, Roman Qalavatskiy, Olena Timçenko, Anatoliy Baykov.
Qaliblərə mükafatları Gənclər və idman naziri Fərid Qayıbov, AÜF prezidenti Zaur Əliyev və digər rəsmilər təqdim ediblər.


