"Qarabag" transfer pəncərəsində heyətini gücləndirmək üçün növbəti addımlarını atır.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisinin hədəfində olan daha iki müdafiəçinin kimliyi üzə çıxıb.
Bu futbolçulardan biri İndoneziya millisinin 22 yaşlı mərkəz müdafiəçisi Castin Hubnerdir. O, karyerasına "Vulverhempton"da başlayıb. Bir müddət Yaponiyanın "Çerezo Osaka" komandasında icarədə çıxış edən Hubner, 2025-ci ildən Niderlandın "Fortuna" (Sittard) şərəfini qoruyur.
O, milli komandasında 21 oyuna çıxaraq 1 qolla yadda qalıb.
"Qarabağ"ın gündəmindəki digər oyunçu isə Malayziya yığmasının 30 yaşlı təcrübəli üzvü Dion Kolsdur.
2025-ci ildən Yaponiyanın "Çerezo Osaka" klubunda çıxış edən Kols, əvvəllər Belçikanın aşağı yaş qruplarında oynasa da, 2021-ci ildən Malayziya millisinin uğurları üçün tər tökür (38 maç, 6 qol).


