"Mersedes"in icraçı direktoru Toto Volff bildirib ki, komandaların mühərrik gücünə görə aşkar fərqləndiyi 2014-cü il ssenarisi artıq geridə qalıb.

Offsideplus.az xəbər verir ki, o, açıqlamasında bunları bildirib:

  • 2014-cü illə müqayisə: Volffun sözlərinə görə, hybrid erasının əvvəlindəki dominantlıq mühərrikin gücü sayəsində idi. Hazırda isə rəqabət o qədər sıxdır ki, kiçik bir ayar səhvi və ya güncəlləmənin gecikməsi komandanı dərhal geriyə salır.

  • Mühərrik müqayisəsi: FIA-nın qiymətləndirməsinə əsasən, ən yaxşı daxili yanma mühərriki "Red Bull"dadır. Lakin güc qurğusuna kompleks şəkildə baxdıqda, "Mersedes" hələ də lider ola bilər.

  • "Ferrari"nin vəziyyəti: «Ferrari» mühərrik zəifliyindən şikayətlənsə də, Volff onların rəqabətə davamlı olduğunu və əsas fərqin bolidin aerodinamik quruluşundan qaynaqlandığını düşünür. Ümumilikdə isə komandaların imkanları bərabərdir.