"Atletiko"nun futbolçusu Tyaqo Almada karyerasını Argentina davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "River Pleyt" argentinalı vingeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"River Pleyt" Almada üçün İspaniya klubuna 20 milyon dollar ödəyib. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə bağlanıb.
Almada "Atletiko"nun heyətində 40 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.


