"Sabah" BK heyətini yeni legionerlə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi Nik Perkinsin transferini rəsmiləşdirib.

203 sm boya malik ABŞ-dən olan basketbolçu ilə 2 illik müqavilə bağlanılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto-Riko və Tayvan liqalarında çıxış etmiş Perkins fiziki göstəriciləri, səbətaltı mübarizəsi və yüksək hücum potensialı ilə diqqət çəkir.