"Real Madrid" Lionel Messinin atası Xorxe Messinin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi saytında yer alan bəyanatda deyilir:
"Real Madrid"in prezidenti və idarə heyəti Leo Messinin atası Xorxe Messinin vəfatından kədərləndiyini bildirir. Klubumuz Leoya, onun ailəsinə və bütün doğmalarına dərin hüznlə başsağlığı verir".
Xorxe Messi 68 yaşında Rozario şəhərindəki klinikalardan birində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


