Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının hakim təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, sabah keçiriləcək görüşlərin vacibliyini nəzərə alan AFFA qarşılaşmaları FIFA referilərinə tapşırıb. 

Ümumilikdə, 2 matçda beynəxalq dərəcəli hakim statusu daşıyan 7 hakim olacaq.

Azərbaycan Kuboku, yarımfinal, ilk oyunlar

“Araz-Naxçıvan” – “Qarabağ”

Liv Bona Dea Arena. Saat 17:00

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

VAR: Nicat İsmayıllı

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Anar Salmanov

 

“Neftçi” – “Sabah”

Neftçi Arena. Saat 19:30

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev