İyunun 2-sində Azərbaycan Kubokunun finalı keçiriləcək. “Live Bona Dea Arena”da baş tutacaq qarşılaşmada “Qarabağ” “Zirə” ilə üz-üzə gələcək.
Kubokun qalibi kim olacaq? "Qarabağ" "Qızıl dubl" edə biləcək? "Zirə" tarixində ilk dəfə Azərbaycan Kubokunun qalibi olacaq?
Suallarımızı Ceyhun Sultanova ünvanladıq. “Neftçi”nin sabiq idman direktoru oyunla bağlı gözləntilərini Offsideplus.az-a açıqladı:
“Final elə bir mərhələdir ki, bir oyundan ibarətdir. “Zirə” keçən il məğlub olmuşdu. “Qarabağ” favorit olsa da, final olduğu üçün burada hər şey fərqli ola bilər. Maraqlı oyunun şahidi olmaq istəyirəm. Qalibin mənim üçün fərqi yoxdur. Baxımlı matç olmasını arzulayıram. “Zirə”nin şansları var. Onlar daha da istəkli olacaqlar. Bu gün bizim üçün əsas məsələ meydanın dolmasıdır. Düzdür, o qədər də azarkeş gəlmir oyunlara. İnanıram ki, bu oyunda fanat sayı yüksək olacaq. Hesabı təxmin etmək çətindir. Kim güclüdürsə o da, qalib gələcək. Hər 2 komandaya uğurlar arzu edirəm”.