Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
Offsideplus.az xəbər verir ki, sonuncu oyun günündə daha iki cavab matçı keçiriləcək.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Kəpəz"in qonağı olacaq.
Matç Yevlax şəhər stadionunda, saat 14:30-da start götürəcək.
Günün ikinci oyununda "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Oyun Qəbələ şəhər stadionunda, saat 18:00-da başlayacaq.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" və "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ əldə edib.


